Böyük Britaniya Ukraynaya 10 ədəd "Challenger 2" tankı verilməsini müzakirə edir.
Modern.az xəbər verir ki, bu barədə "SkyNews" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, Böyük Britaniya hökuməti bir neçə həftədir Ukraynaya tankların tədarükü məsələsini müzakirə edir. Yekun qərar hələlik verilməyib.
“Challenger 2” ilk dəfə 1994-cü ildə xidmətə girən Britaniya ordusunun əsas döyüş tankıdır. Tank 120 mm çaplı top və 7,62 kalibrli iki pulemyotla təchiz edilib. London müvafiq qərar qəbul edərsə, Böyük Britaniya Ukrayna Silahlı Qüvvələrini Qərb istehsalı olan ağır tanklarla təmin edən ilk ölkə olacaq.
Akif İsmayılov