Modern.az

Kökünü Qurutma Əməliyyatı - daha 120 nəfər saxlanıldı

“Kökünü Qurutma Əməliyyatı” - daha 120 nəfər saxlanıldı

10 Yanvar 2023, 09:28

Türkiyədə "Kökünü Qurutma Əməliyyatı"nın növbəti mərhələsi keçirilib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

 

O bildirib ki, narkotiklərlə genişmiqyaslı mübarizə tədbirləri çərçivəsində keçirilən əməliyyatın bu mərhələsi Uşak vilayətində gerçəkləşdirilib. Əməliyyat zamanı ümumilikdə 120 nəfər saxlanılıb.

 

Qeyd olunub ki, saxlanılan şəxslərlə bağlı araşdırmalar və hüquqi prosedurlar davam etdirilir, bundan sonra da bu sahədə qətiyyətli mübarizə aparılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər