Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qəza Denizli vilayətində olub.
Belə ki, hərəkətdə olan avtobusun sürücüsü qəfil idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə 2 nəfər həyatını itirib, daha 15 sərnişin isə yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda qəzanın səbəbləri araşdırılır və fəsadları aradan qaldırılır.