Modern.az

Rusiya ölən hərbçilərin siyahısını GİZLƏDİR

Rusiya ölən hərbçilərin siyahısını GİZLƏDİR

10 Yanvar 2023, 11:50

Rusiyanın Samara şəhərində bu yaxınlarda Donetsk vilayətinin Makeevka yaşayış məntəqəsinə endirilən zərbə nəticəsində ölən rus hərbçilərinin adlarının açıqlanmasından imtina olunub.

 

Modern.az "Novaya Qazeta Europe"a istinadən xəbər verir ki, Samara vilayətinin hərbi komissarı Aleksey Vdovin Makeevkada bu vilayətdən olan çağırışçıların ölüm siyahısını gizli saxlayıb.

 

"Siyahı ictimailəşdirilməyəcək. Birincisi, ona görə ki, bu, şəxsi məlumatlar hesab olunur. İkincisi, bu məlumatlar xarici ölkə kəşfiyyatlarının diqqətindədir. Belə informasiyaların açıqlanması qadağan olunub", - deyə komissar bildirib.

 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi hadisə zamanı ümumilikdə 89 hərbçinin ölməsini etiraf etmişdi. Samara vilayətində isə azı 2 hərbçinin dəfni barədə məlumatlar var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər