Modern.az

Paşinyandan Rusiyaya RƏDD CAVABI - Ola bilməz!

Paşinyandan Rusiyaya RƏDD CAVABI - Ola bilməz!

Dünya

10 Yanvar 2023, 12:50

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın ittifaq dövləti ilə bağlı İrəvana təklifi barədə məlumatlara münasibət bildirib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Paşinyan bu barədə bu gün keçirdiyi mətbuat konfransında söz açıb.

 

Baş nazir qeyd edib ki, Rusiyanın Ermənistana belə bir rəsmi təklifi olmayıb:

 

"Və ola da bilməz. Reallıq belə sadə deyil. Biz qlobal proseslərə nəzər yetirməliyik, dərindən baxmalıyıq. Bizim üçün məqsəd suverenlik və müstəqillikdir. Biz hesab edirik ki, vəzifəmiz dövlətin mövcudluğunu təmin etməkdir".

 

Paşinyan jurnalistin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın təzyiqləri barədə açıqlaması haqqında sualına belə cavab verib: "Ola bilər ki, söhbət ekspert rəyindən gedib".

 

Qeyd edək ki, Armen Qriqoryan Rusiyanın Ermənistana Rusiya-Belarus ittifaq dövlətinə qoşulmaq üçün təzyiq göstərdiyini bəyan etmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər