Yanvarın 5-də xəstəxanaya yerləşdirilən rusiyalı rejissor Nikita Mixalkovun vəziyyəti pisləşməyə başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Mash Telegram kanalında bildirilib.
Portalın məlumatına görə, Mixalkovun kompüter tomoqrafiyası ağciyərlərin zədələnməsinin həcminin artması və idiopatik pnevmoniya diaqnozunu qoyub.
Bundan əlavə, rejissor atrial fibrilasiyadan əziyyət çəkir. Kömək olmadıqda o, infarkt keçirə bilər, lakin həkimlər xəstənin vəziyyətini izləyirlər.
Həkimlərin sözlərinə görə, Mixalkovun vəziyyəti ağır olsa da, həyatı üçün təhlükə yoxdur.
Mixalkovun xəstəxanaya yerləşdirilməsi yanvarın 5-də məlum olub. Sonra onun vəziyyəti ağır kimi qiymətləndirilib.