Modern.az

Güclü ordu olmadan sülh mümkün deyil - Erməni baş nazir

Güclü ordu olmadan sülh mümkün deyil - Erməni baş nazir

10 Yanvar 2023, 13:28

Ermənistanın baş naziri Nikol Paşinyan hərbi sahədə ölkəsinin görməli olduğu işlərdən danışıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Paşinyan bu gün keçirdiyi mətbuat konfransında söz açıb.

 

"Regionda sülhün dəstəklənməsi üçün Ermənistan ordusunun döyüş qabiliyyətinin artırılması xüsusi əhəmiyyət kəsb edir. Döyüş qabiliyyətli ordu olmadan sülh mümkün deyil, sülhü dəstəkləmək mümkün deyil. İstənilən güclü ordu daha da güclənməyə ümid bəsləyir", - Paşinyan deyib.

 

O, ordu üçün silah almaq barədə suala cavabında belə məsələlərin ictimai şəkildə müzakirə edilməsini produktiv hesab etmədiyini vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər