Modern.az

İran “Mossad”a işləyən 13 casusu saxladığını bəyan etdi

İran “Mossad”a işləyən 13 casusu saxladığını bəyan etdi

Dünya

10 Yanvar 2023, 13:47

İran kəşfiyyat qüvvələri ölkə daxilində “Mossad”ın 2 casusluq qrupunun 13 üzvünü müəyyən edib və saxlamağa müvəffəq olub.

Modern.az xəbər verir ki, bu barədə İranın “Mehr” Agentliyi məlumat yayıb.

İran Kəşfiyyat Nazirliyinin açıqlamasında bildirilir ki, casuslar Tehran, İsfahan, Yəzd, Qərbi Azərbaycan və Gülüstanda aparılan 23 əməliyyat zamanı həbs edilib.

“Onlardan müxtəlif növ əməliyyat avadanlıqları da götürülüb”, - deyə məlumatda əlavə edilib.

Bu iki komandanın həbsi ilə son bir ay ərzində İranda saxlanılan “Mossad” qruplarının sayının 6-ya yüksəldiyi bildirilir.

Qeyd edilir ki, Avropa ölkələrindən birində məskunlaşan şəbəkə rəhbəri sosial media platformaları vasitəsilə ölkə daxilindəki əməliyyat elementlərini müəyyənləşdirib, ilkin əlaqə yaratmağa nail olub.

Kəşfiyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, qruplar ölkənin bəzi böyük şəhərlərində hərbçilərə sui-qəsd və təxribat cəhdləri etmək niyyətində olublar.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər