Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliyadakı proseslərə münasibət bildirib.
Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, nazir bu barədə CAR-a səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında danışıb.
"Braziliyadakı olaylar qəbuledilməzdir. Biz zorakılığın dayandırılmasına çağırırıq", - deyə XİN başçısı bildirib.
Çavuşoğlu Ukraynadakı müharibədən də danışıb: "Biz inanırıq ki, Rusiya-Ukrayna müharibəsi müzakirə masasında sona çatacaq".
Qeyd edək ki, Braziliyada sabiq prezident Jair Bolsonaronun tərəfdarları iğtişaşlar törədib. Bolsonaro son seçkilərin nəticəsini tanımadığını bəyan edib və ABŞ-a gedib.