Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 2023-cü ildə qurumun təlimlərini keçirməyə hazırlaşmayan Ermənistanın mövqeyinin təfərrüatlarına aydınlıq gətirəcək.
Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, KTMT-nin Ermənistanda planlaşdırılan təlimləri başqa ölkələrin ərazisində də keçirilə bilər.
“Moskva İrəvanla bütün məsələləri, o cümlədən indi çox çətin olanlar üzrə dialoqu davam etdirəcək”, - Peskov əlavə edib.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan bugün keçirdiyi mətbuat konfransında bildirib ki, İrəvan KTMT təlimlərinin Ermənistanda keçirilməsini məqsədəuyğun saymayıb.