Modern.az

Kılıçdaroğlu Ərdoğana uduzdu - 50 min verəcək

Kılıçdaroğlu Ərdoğana uduzdu - 50 min verəcək

Dünya

10 Yanvar 2023, 15:02

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna məhkəmədə qalib gəlib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə prezidentin vəkili Hüseyn Aydın sosial şəbəkə hesabında məlumat yayıb.

 

O bildirib ki, Ərdoğanın hüququnun pozulması iddiası ilə Kılıçdaroğlunu verdiyi məhkəmə prosesi yekunlaşıb.

 

Məhkəmənin qərarına əsasən, Kılıçdaroğlu partiyasının parlamentdəki fraksiya iclasında Ərdoğan haqqında səsləndirdiyi fikirlərə görə 50 min lirə mənəvi təzminat ödəməli olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər