Modern.az

Bu ölkələr NATO-ya üzv olacaq - Stoltenberq əmindir

Bu ölkələr NATO-ya üzv olacaq - Stoltenberq əmindir

Dünya

10 Yanvar 2023, 15:22

NATO-nun baş katibi Yens Stoltenberq İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesinin yekunlaşacağını açıqlayıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o, Türkiyənin buna razılıq verəcəyindən əminliyini ifadə edib.

 

"Mən əminəm ki, bu ölkələrin üzvlük prosesi sona yetəcək. Türkiyə də, digər ölkələr də bu qərarı qanunverici orqanlarında təsdiqləyəcəklər", - deyə Stoltenberq bəyan edib.

 

Qeyd edək ki, bu gün NATO və Avropa İttifaqı arasında birgə bəyannamə imzalanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?