Modern.az

Şahzadə Harrinin qalmaqallı kitabı satışa çıxarıldı

Şahzadə Harrinin qalmaqallı kitabı satışa çıxarıldı

Dünya

10 Yanvar 2023, 15:40

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının şahzadəsi Harrinin qalmaqallı memuarı kitab mağazalarında satışa çıxarılıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, "Spare" (tərcümədə "boş", "azad", "sərbəst" mənalarını verir) adlı kitaba böyük maraq var.

 

Kitab mağazalarında böyük növbələr yaranıb, bəzi mağazalar tələbi ödəmək üçün filiallarını daha tez açmağa məcbur qalıblar.

 

İngiliscə ilə yanaşı, 15 dildə çıxan kitab son 10 ilin ən çox ön sifariş alan nəşrlərindən biri olub. Dünya miqyasında böyük müzakirələrə səbəb olan memuar çapdan çıxmadan əvvəl böyük qalmaqallara səbəb olub.

 

Belə ki, Harri memuarda kral ailəsinin sirrlərini, qardaşı ilə dalaşmasını, Əfqanıstandakı xidmət dövründə baş verənləri, eləcə də başqa məsələləri işıqlandırıb və bu məlumatlar beynəlxalq mətbuatda geniş yayılıb.

 

Qeyd edək ki, Harri bu kitaba görə atası Kral Çarlzın tacqoyma mərasiminə dəvət olunanların siyahısından çıxarılıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər