Modern.az

BMT TŞ-yə müraciət etsək, Rusiyanın əleyhinə olar - Paşinyan

BMT TŞ-yə müraciət etsək, Rusiyanın əleyhinə olar - Paşinyan

Dünya

10 Yanvar 2023, 17:12

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı sülhməramlılarla bağlı ölkəsinin BMT Təhlükəsizlik Şurasına müraciət edib-etməyəcəyinə aydınlıq gətirib.

 

Modern.az "News.am"a istinadən xəbər verir ki, o, məsələ barədə keçirdiyi mətbuat konfransında danışıb.

 

Paşinyan bunun Rusiyanın əleyhinə olacağını bildirib.

 

"Ermənistanın BMT TŞ-yə müraciəti Rusiyanın əleyhinə olar. Biz buna görə də Rusiyanın müraciət etməli olduğunu deyirik", - Baş nazir söyləyib.

 

Jurnalistin bunun baş verib-verməyəcəyi barədə sualına isə Paşinyan belə cavab verib:

 

"Bunu indidən demək olmaz. Biz vəziyyətdən yola çıxaraq qərar qəbul edib addım atacağıq. Bu, qaçılmaz olmaya bilər. Amma ola da bilər".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi