Türkiyədə FETÖ terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat Ankara şəhərində gerçəkləşdirilib.
16 FETÖ şübhəlisi haqqında saxlanılma qərarı çıxarılıb.
Bildirilib ki, hazırda şübhəli şəxslərin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.