Ukraynada müharibə başlayandan indiyədək 6952 nəfər ölüb, 11144 nəfər yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları Bürosunun hesabatında deyilir.
Ölənlərin 2758-i kişi, 1857-si qadın, 176-sı qız və 220-si oğlandır. 35 uşağın və 1906 nəfər böyük şəxsin cinsini müəyyən etmək mümkün olmayıb.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu ötən ilin fevral ayının 24-də başlayıb.
Akif İsmayılov