Modern.az

Sübh tezdən FETÖ əməliyyatı - 14 nəfər tutuldu

Sübh tezdən FETÖ əməliyyatı - 14 nəfər tutuldu

11 Yanvar 2023, 09:26

Türkiyədə FETÖ terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat Mersin vilayətində gerçəkləşdirilib.

 

Səhər saatlarında keçirilən əməliyyatda ümumilikdə 120 polis əməkdaşı iştirak edib. Eyni vaxtda müxtəlif ünvanlarda əməliyyat çərçivəsində axtarılan 15 şübhəlidən 14-ü saxlanılıb.

 

Bildirilib ki, hazırda 1 nəfərin axtarışı davam edir, bundan sonra da oxşar əməliyyatlar keçiriləcək və terrorçuluqla mübarizə qətiyyətlə aparılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər