Modern.az

Türkiyə-Suriya görüşü Rusiyada, yoxsa BƏƏ-də olacaq?

Türkiyə-Suriya görüşü Rusiyada, yoxsa BƏƏ-də olacaq?

11 Yanvar 2023, 09:40

Türkiyə, Suriya və Rusiya XİN başçılarının yanvar ayının ikinci yarısına planlaşdırılan üçtərəfli görüşünün keçiriləcəyi məkanla bağlı yeni məlumatlar var.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" nəşri qaynaqlarına istinadən xəbər yayıb.

 

Bildirilib ki, hazırda görüş üçün hazırlıq işləri görülür. Böyük ehtimalla xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Midhad Faysal və Sergey Lavrovun iştirakı ilə keçiriləcək görüş Rusiya paytaxtı Moskva şəhərində baş tutacaq.

 

Qeyd edək ki, bundan əvvəl görüşün BƏƏ-də keçiriləcəyi barədə məlumatlar yayılmışdı.

 

Bundan əvvəl isə üç ölkənin müdafiə nazirləri və kəşfiyyat orqanları rəhbərlərinin Moskvada görüşü olmuşdu. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçıları səviyyəsində də görüşün olacağı barədə anons vermişdi.

Bu xəbər ilə bağlı
XİN başçılarının üçtərəfli görüşü BƏƏ-də olacaq
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər