Modern.az

Türkiyə ilə əməkdaşlıq qaçılmazdır - Baş nazir

Türkiyə ilə əməkdaşlıq qaçılmazdır - Baş nazir

11 Yanvar 2023, 10:18

Liviyanın BMT tərəfindən tanınmış milli barışıq hökumətinin baş naziri Əbdülhəmid Dibeybe ölkəsinin Türkiyə ilə münasibətlərindən danışıb.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Dibeybe bu barədə Türkiyənin Tripolidəki səfirilə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar keçirilən görüşündə danışıb.

 

"Türkiyə ilə iqtisadi, siyasi və hərbi sahələrdə əməkdaşlığın davam etdirilməsi qaçılmazdır", - deyə baş nazir bildirib.

 

Dibeybe fəaliyyəti dövründə iki ölkə arasındakı əlaqələrin inkişafına verdiyi töhfələrə görə səfirə təşəkkürünü çatdırıb.

 

Türkiyə və Liviya arasında güclü tarixi bağların olduğu qeyd edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər