Braziliyanın ABŞ-da olan sabiq prezidenti Jair Bolsonaro tezliklə ölkəsinə geri dönəcəyini açıqlayıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, Bolsonaro ekstradisiyaya ehtiyac olmadığını bildirib.
"Tezliklə özüm Braziliyaya qayıdacağam", - eks-prezident söyləyib.
Qeyd edək ki, Braziliyada son prezident seçkilərindən sonra iğtişaşlar başlayıb. Seçkilərdə məğlub olan Bolsonaro nəticələri tanımadığını açıqlayıb və ABŞ-ın Florida ştatına gedib. Etirazçılar onun ölkəyə ekstradisiya olunmasını tələb edirdilər.