Qazaxıstanın baş naziri Alixan Smailov Rusiya və Özbəkistanla birgə üçtərəfli qaz ittifaqından danışıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, o, məsələ ilə bağlı rəsmi təklif almadıqlarını açıqlayıb.
"Hələ ki, rəsmi şəkildə belə bir təklif almamışıq. Təklif gələndə baxarıq, müzakirə edərik", - deyə baş nazir söyləyib.
O qeyd edib ki, bununla belə, Rusiya ilə qaz təminatı sferasında əməkdaşlıq davam edir.
"Hazırda bu mövzuda Rusiya ilə bağlı danışıqlar aparırıq", - deyə Smailov əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti prezident Vladimir Putindən üçtərəfli qaz ittifaqı ilə əlaqədar təklif alındığını və liderlərin ikitərəfli görüşdə bu məsələni müzakirə etdiklərini açıqlamışdı.