Modern.az

Ermənistanda daşnakların evində axtarış aparıldı

Ermənistanda daşnakların evində axtarış aparıldı

Dünya

11 Yanvar 2023, 11:36

Ermənistanda müxalif Daşnaksütun partiyasının funksionerlərinin yaşadıqları mənzillərdə axtarış aparılıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə parlamentdə müxalifəti təmsil edən "Hayastan" fraksiyasının deputatı Kristine Vardanyan məlumat verib.

 

O bildirib ki, axtarışlar paytaxt İrəvanda və Ararat vilayətində aparılıb. Deputatın sözlərinə görə, saxlanılan olmayıb.

 

"Bu, hakimiyyətin siyasi məqsədlərlə törətdiyi növbəti qanunsuz əməllərindən biridir", - deyə deputat əlavə edib.

 

Partiya funksioneri Qerasima Vardanyanın vəkili Benik Qalstyan isə hüquqlarını müdafiə etdiyi şəxsin Artaşatdakı evində də axtarış aparıldığını və onun hansısa işlə bağlı dindirilməyə çağırıldığını açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər