Modern.az

Sülh danışıqlarının perspektivi yoxdur - Kreml

Sülh danışıqlarının perspektivi yoxdur - Kreml

Dünya

11 Yanvar 2023, 13:37

Rusiya Ukrayna problemini danışıqlar yolu ilə həll etməyə hazırdır, lakin hələ ki belə bir perspektiv yoxdur.

Modern.az-ın məlumatına görə, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
 

O qeyd edib ki, məqsədlərə dinc, siyasi və diplomatik yollarla nail olmaq Moskva üçün daha üstün variantdır.


Peskov deyib ki, Ukrayna qanunlarının prezident Zelenskiyə Rusiya hər hansı əlaqə qurmağı və ya dialoq aparmağı qadağan etdiyi bir şəraitdə, qərblilər də açıq-aydın Kiyevə bu məsələdə çeviklik göstərməyə mane olur. 

“Orada bu barədə danışmağa meylli deyillər”, - deyə dövlət başçısının mətbuat katibi bildirib.

Rusiya-Ukrayna müharibəsi baylayandan sonra təmas qrupları arasında bir neçə üzbəüz danışıqlar aparılıb. Moskva və Kiyev nümayəndələri Belarusda dəfələrlə görüşüblər və nümayəndə heyətlərinin sonuncu təkbətək görüşü 2022-ci il martın 29-da İstanbulda keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər