Ukraynalılar xarici siyasətçilər arasında ən çox Polşa prezidenti Anjey Dudaya güvənirlər.
Rusiya prezidenti Vladimir Putin isə əksinə, ukraynalıların ən etibarsız hesab etdikləri xarici dövlət başçısıdır.
Modern.az xəbər verir ki, bunu Yeni Avropa Mərkəzinin sifarişi ilə Ukraynada keçirilən sosioloji sorğunun nəticələri göstərib.
Aparılan tədqiqatla məlum olub ki, Polşa prezidenti ardıcıl ikinci ildir sadə ukraynalıların simpatiya bəslədiyi xarici lider olaraq qalır - respondentlərin 87%-i ona güvənir. ABŞ prezidenti Co Bayden 79 faizlə ikincidir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen 73% səslə üçüncü yerdədir.
Ukrayna etimad şkalasının əks ucunda, gözlənildiyi kimi, təcavüzkar ölkələrin - Rusiya və Belarusun liderləri dayanır. Sorğuda iştirak edən ukraynalıların 97%-i Vladimir Putinə, 94%-i Aleksandr Lukaşenkoya etibar etmir. Antirektinq liderlərinin üçlüyünə Çin lideri Si Cinpin də daxildir - 73%.