Modern.az

Ohanyan Milli Təhlükəsizlik Xidmətində dindirildi

Ohanyan Milli Təhlükəsizlik Xidmətində dindirildi

Dünya

11 Yanvar 2023, 14:16

Ermənistanın sabiq müdafiə naziri, hazırda parlamentdəki müxalif "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyan ölkənin Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

 

Modern.az xəbər verir ki, Ohanyan bu barədə "News.am" jurnalistinin suallarını cavablandırarkən özü məlumat verib.

 

O, şahid qismində dindirildiyini açıqlayıb. Eks-nazirin sözlərinə görə, dindirilmə dünən baş tutub.

 

"İstintaq sirri baxımından detalları açıqlamağı doğru saymıram. Böyük bir nazirliyin rəhbəri olmuşam. Təbii ki, müxtəlif suallar yaranır və məni şahid qismində informasiya almaq və məsələləri aydınlaşdırmaq üçün dəvət etmişdilər", - deyə Ohanyan bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?