Modern.az

Keçmiş XİN başçısının edam olunduğu təsdiqləndi

Keçmiş XİN başçısının edam olunduğu təsdiqləndi

Dünya

11 Yanvar 2023, 14:32

Koreya Xalq Demokratik Respublikasının (KXDR - Şimali Koreya) sabiq xarici işlər naziri Ri Yonq-honun edam olunması barədə məlumatlar yayılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi mənbələrinə istinadla məlumat yayıb.

 

Bildirilib ki, sabiq nazir ötən il öldürülüb. Onun yay-payız aylarında edam olunduğu qeyd edilib. Detallar açıqlanmayıb. Məlumata görə, XİN başçısı ilə birlikdə nazirliyin 5 əməkdaşı da öldürülüb.

 

Cənubi Koreyanın Birləşdirmə Nazirliyi isə açıqlama yayaraq məlumatdan xəbərdar olduqlarını və informasiyaların yoxlandığını bəyan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?