Modern.az

Köçəryanın Paşinyana qarşı iddiası rədd edildi

Köçəryanın Paşinyana qarşı iddiası rədd edildi

11 Yanvar 2023, 14:52

İrəvan şəhərinin ümumi yurisdiksiya məhkəməsi eks-prezident Robert Köçəryanın baş nazir Nikol Paşinyana qarşı iddiasını rədd edib.
 

Modern.az “Aykakan Jamanak”a istinadən xəbər verir ki, bu barədə məhkəmədən bildirilib.

Qərarda deyilir ki, Robert Köçəryanın baş nazir Nikol Paşinyan tərəfindən ona  qarşı ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu təsdiqləmək, pozuntu nəticəsində dəymiş qeyri-maddi zərərin ödənilməsi tələbi rədd edilsin.

Köçəryanın şərəf və ləyaqətinə dəyən zərərin ödənilməsinini tələb etməsi də qəbul olunmayıb.

Xatırladaq ki, baş nazir eks-prezidentlər barəsində danışarkən çıxışında demişdi ki, 2008-ci il martın 1-də xalq hakimiyyəti uğrunda mübarizədə mühüm mərhələ oldu. 2008-ci il martın 1-də Ermənistanın o vaxtkı başçıları ordunu xalqın üstünə qaldıraraq vətəndaşları gülləbaran etmək qərarına gəldilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər