Ukrayna prezidenti Volodimir Zelenski "Qızıl Qlobus" mükafatının təqdimat mərasiminndə videobağlantı vasitəsilə çıxış edib.
Modern.az xəbər verir ki, Zelenski bu barədə tviter səhifəsində məlumat verib.
"Bu gün "Qızıl Qlobus" mükafatının 80-ci təqdimat mərasiminə qoşuldum. İştirakçılara səsləndim. Bu mükafat xüsusi zamanda təsis olunub. İkinci Dünya Müharibəsi hələ bitməmişdi, amma dönüş nöqtəsi olmuşdu və gedişat tərsinə dönmüşdü - hamı kimin qalib gələcəyini bilirdi. 2023-cü il, Ukraynada müharibə hələ başa çatmayıb, amma gedişat dəyişib və kimin qələbə çalacağı indidən bəlli olub", - deyə Zelenski bildirib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.