Modern.az

İsveç FETÖ-çüləri Türkiyəyə verməkdən imtina edib

İsveç FETÖ-çüləri Türkiyəyə verməkdən imtina edib

Dünya

11 Yanvar 2023, 15:34

İsveç FETÖ terror təşkilatı üzvlərini Türkiyəyə təhvil verməyib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bekir Bozdağ açıqlayıb.

 

O bildirib ki, İsveç FETÖ-çüləri təhvil verməkdən imtina edib.

 

"Bizə qapını bağlayana biz də qapımızı bağlayarıq", - deyə Bozdağ söyləyib.

 

Qeyd edək ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin veto qoymaması üçün şərtlərindən biri bu ölkələrdəki terrorçuların Türkiyəyə verilməsidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər