Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi prosesi həyata keçirilib.
Modern.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın ombudsmanı Tatyana Moskalkova məlumat verib.
Onun sözlərinə görə, tərəflər qarşılıqlı şəkildə 40 hərbi əsiri geri qaytarıb. Beləliklə, 80 əsir vətəninə qayıdıb.
Qeyd edək ki, sonuncu əsir mübadiləsi 8 yanvar tarixində baş tutmuşdu. Hər iki tərəf bir-birinə 50 əsir qaytarmışdı.