Modern.az

Gürcüstanda yeni ştam aşkarlandı - 140 faiz yoluxucudur

Gürcüstanda yeni ştam aşkarlandı - 140 faiz yoluxucudur

Dünya

11 Yanvar 2023, 16:28

Gürcüstanda COVID-19 infeksiyasının yeni ştamı aşkarlanıb.

 

Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, ştam Kraken adlanır.

 

İctimai səhiyyə üzrə ekspert Georgi Pxakadzenin sözlərinə görə, yeni ştam koronavirusun digər növləri ilə müqayisədə 140 faiz daha yoluxucudur.

 

"Əgər otağa Krakenə yoluxmuş bir nəfər daxil olsa, otaqdakı hamı COVID tutar", - o bildirib.

 

Ekspertin sözlərinə görə, səhiyyə sistemi Kraken ştamının yayılmasına hazır deyil və problemlər qaçılmazdır. Mütəxəssis insanları gigiyenik qaydalara əməl etməyə çağırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər