Modern.az

Türkiyə suriyalı qaçqınların qayıdışını sürətləndirir

Türkiyə suriyalı qaçqınların qayıdışını sürətləndirir

11 Yanvar 2023, 16:40

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsindəki suriyalı qaçqınların vətənlərinə qayıtmasından danışıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə Beynəlxalq Ombudsmanlar Konfransındakı çıxışı zamanı söz açıb.

 

O, Suriya ilə normallaşma prosesi davam etdikcə qaçqınlarının qayıdışının sürətlənəcəyini bəyan edib.

 

"Diplomatik cəhdlər meyvəsini verdikcə, Suriyaya geri dönüşdə saylar artacaq", - deyə Türkiyə prezidenti bildirib.

 

"İndiyə qədər 550 min suriyalı geri dönüb. Biz qardaşlıq və insanlıq vəzifəmizi yerinə yetirməyə davam edəcəyik. Ötən il Egey dənizində 20 min miqrantı ölümdən xilas etdik", - deyə Ərdoğan əlavə edib.

 

Həmçinin Türkiyə prezidenti çıxışında terrorçuları qaytarmadığı üçün NATO və Avropa İttifaqının bir sıra ölkələrini tənqid edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı