Modern.az

Ermənistanda “Daşnaksütyun” partiyasının 3 üzvü saxlanılıb

Ermənistanda “Daşnaksütyun” partiyasının 3 üzvü saxlanılıb

Dünya

11 Yanvar 2023, 17:42

Çərşənbə günü səhər aparılan axtarışlardan sonra “Daşnaksütyun” partiyasının 3 üzvü polis bölmələrinə aparılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a müxalifətin parlamentdəki "Hayastan" fraksiyasının deputatı Kristine Vardanyan bildirib.

 

Vardanyanın sözlərinə görə, həmin şəxslər bir cinayət işi çərçivəsində saxlanılıblar.

 

Deputatın fikrincə, bütün bunlar son vaxtlar siyasi motivlərlə həbslər praktikasını xatırladır.

 

Yanvarın 11-də səhər tezdən Ararat bölgəsində və İrəvanda “Daşnaksütyun”un bir sıra üzvlərinin evində axtarışlar aparılıb. Müxalifət bunu "siyasi məqsədləri olan növbəti qanunsuz hərəkət" adlandırıb.

 

Öz növbəsində, Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib ki, bir sıra şəxslərin evlərində axtarışlar yenidən başlanmış cinayət işi çərçivəsində çıxarılan məhkəmə qərarı ilə bağlıdır.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər