Fransalı jurnalist Adrian Boke Rusiyadan siyasi sığınacaq istəyib.
Modern.az xəbər verir ki, o, bu barədə TASS-a müsahibəsində bildirib.
"Mən Rusiyadan siyasi sığınacaq və vətəndaşlıq istədim",- fransız jurnalist söyləyib.
Qeyd edək ki, A.Boke vətəndaşlığa qəbul edilməsi üçün Rusiyanın hakimiyyət orqanlarına müraciət ünvanlayıb. Jurnalist iki dəfə humanitar yardım çatdırmaq üçün könüllü missiya ilə Ukraynaya səfər edib.