Modern.az

Sabiq prezident xəstəlikdən vəfat etdi 

Sabiq prezident xəstəlikdən vəfat etdi 

Dünya

11 Yanvar 2023, 23:20

Başqırdıstanın birinci prezidenti Murtaza Rəhimov vəfat edib.

 

Modern.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

 

Qeyd edək ki, Murtaza Rəhimov 1934-cü ildə Başqırdıstanda anadan olub. 1990-1993-cü illərdə Başqırdıstan Ali Sovetinin sədri olub. Rəhimov 1993-cü ilin dekabrında Başqırdıstan Prezidenti seçilib və 2010-cu ilə qədər bu vəzifədə qalıb.

 

2010-cu ildən Murtaza Rəhimov URAL Xeyriyyə Fondunun İdarə Heyətinin sədri idi. O, 2010-2012-ci illərdə "Başneft"in Direktorlar Şurasının üzvü olub.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər