Modern.az

İrəvan KTMT-ni ittiham etdi

İrəvan KTMT-ni ittiham etdi

12 Yanvar 2023, 16:44

Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) cavab verib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in rəsmi nümayəndəsi Vaan Hunanyan "Civilnet"ə danışıb.

 

"İlk növbədə qeyd etmək istərdik ki, KTMT-nin işçi orqanı kimi, katibliyin kompetensiyasına təşkilatın ali orqanının üzvlərinin bəyanatlarını şərh etmək uyğun deyil. KTMT-yə üzv dövlətlər katiblikdən qərar və fəaliyyətləri barədə anlayış gözləmirlər. Katibliyin vəzifələri nizamnamədə dəqiq şəkildə təsbit olunub. Bu, təşkilatının oqranlarına təşkilati, analitik, konsultativ və informasiya dəstəyi göstərməkdən ibarətdir. Yeni baş katibi belə halların bir daha təkrarlanmaması üçün fatktla bağlı yoxlanışa çağırırıq", - deyə Hunanyan bəyan edib.

 

Qeyd edək ki, KTMT-nin katibliyi Ermənistan baş naziri Nikol Paşinyanın hərbi alyansın 2023-cü ildə ölkə ərazisində hərbi təlimlər keçirməsindən imtina olunması barədə açıqlamasını tənqid edən şərh yaymışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?