Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüş keçirəcək.
Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Çavuşoğlu bunu Ruandaya səfəri çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən açıqlayıb.
Onun sözlərinə görə, Abdullahian 17 yanvarda Türkiyəyə səfər edəcək. Səfər çərçivəsində tərəflər arasında görüşün keçirilməsi nəzərdə tutulub.
Türkiyə XİN başçısı İranın dövlət başçısı İbrahim Rəisinin də yaxın vaxtlarda Ankaraya rəsmi səfərə gələcəyi barədə məlumat verib.