Rusiya bir il əvvəl həbs etdiyi ABŞ Hərbi Dəniz Qüvvələrinin veteran hərbçisi Taylor Dadleyi azad edib.
Modern.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Miçiqan ştatının Lansing şəhərindən olan 35 yaşlı Dadley 2022-ci ilin aprelində Kalininqradda Polşa sərhədini keçdikdən sonra rus sərhədçiləri tərəfindən saxlanılıb. O, Polşada musiqi festivalında iştirak edirmiş və sərhədi niyə keçdiyi məlum deyil.
Amerikalı hərbçi Polşa sərhədində ABŞ-ın Varşavadakı səfirliyinin nümayəndəsinə təhvil verib.
Akif İsmayılov