Modern.az

50-yə yaxın ölkənin liderləri bir araya GƏLİR

50-yə yaxın ölkənin liderləri bir araya GƏLİR

12 Yanvar 2023, 22:26

Avropa Siyasi Birliyinin növbəti zirvə toplantısı Moldovada keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün "Twitter" hesabında məlumat yayıb.

 

O, zirvə toplantısının iyunun 1-də keçiriləcəyini bildirib. Mişelin sözlərinə görə, görüşün məqsədi sülhün möhkəmləndirilməsi və Avropanın ümumi maraqlarının müdafiəsidir.

 

Moldova Prezidenti Maya Sandu "Twitter" hesabında artıq 47 ölkənin dövlət və hökumət başçılarına rəsmi dəvətnamə göndərildiyini bildirib.

 

Xatırladaq ki, Avropa Siyasi Birliyinin ilk iclası ötən ilin oktyabr ayında Avropa İttifaqına (Aİ) rəhbərlik edən Çexiyanın paytaxtı Praqa şəhərində keçirilib. Zirvə toplantısına Avropa İttifaqına üzv olan, üzv olmaq istəyən və istəməyən, əvvəllər təşkilatın üzvü olan bir çox ölkə dəvət olunub. Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan, İsrail və Böyük Britaniyanın da dövlət və hökumət başçıları zirvə toplantısında iştirak edib.

 

Akif İsmayılov

Bu xəbər ilə bağlı
Rusiyasız Avropa yeni nizam axtarışında - TƏHLİL
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?