Modern.az

Rusiyada hərbi xidmət yaşı ARTIRILIR

Rusiyada hərbi xidmət yaşı ARTIRILIR

Dünya

12 Yanvar 2023, 22:50

Rusiya icbari hərbi xidmət üçün yuxarı yaş həddini dəyişməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya parlamentinin Müdafiə komitəsinin sədri Andrey Kartapolov məlumat verib.

 

Onun sözlərinə görə, məcburi hərbi xidmətə tətbiq edilən 18-27 yaş aralığı 21-30 yaşa dəyişdirilə bilər.

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçısı Vladimir Putin konseptual olaraq hərbi xidmət yaşının dəyişdirilməsi ideyasını dəstəkləyib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?