Modern.az

Rusiyadan Britaniyaya kiberhücum - Serverlər çökdü

Rusiyadan Britaniyaya kiberhücum - Serverlər çökdü

12 Yanvar 2023, 23:40

Rusiyanın “Lockbit” haker qrupu Britaniyanın “Royal Mail” poçt xidmətinin serverlərinə kiberhücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

 

Hakerlər serverləri sındırmağa müvəffəq olub, buna görə xidmət bu gün, yanvarın 12-də bütün beynəlxalq poçt göndərişlərini dayandırmağa məcbur olub.

 

Bildirilir ki, yarım milyondan çox bağlama və məktub qeyri-müəyyən vəziyyətdə qalıb, şirkət vətəndaşlardan müvəqqəti olaraq xaricə göndərişləri dayandırmasını istəyib.

 

Hazırda Milli Kibertəhlükəsizlik Mərkəzi kiberhücumun nəticələrini aradan qaldırmağa kömək edir.

 

 Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?