Modern.az

Meral Akşener xəstəxanaya yerləşdirildi

Meral Akşener xəstəxanaya yerləşdirildi

Aktual

12 Yanvar 2023, 23:36

Türkiyənin müxalif partiyalarından olan İYİ partiyanın sədri Meral Akşener xəstəxanaya yerləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə partiya rəsmiləri məlumat veriblər.

 

Bildirilib ki, Akşener ürəyində yaranmış narahatlıq səbəbindən xəstəxanaya aparılıb. Xanım siyasətçinin səhhətində ciddi problemin olmadığı, gecəni xəstəxanada keçirəcəyi qeyd olunub.

 

Məlumata görə, Akşenerin sabah evə buraxılması planlaşdırılır.

Sizə yeni x var
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi