Rusiya Baş naziri Mixail Mişustin hərbi müxbirləri və jurnalistləri təltif edib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya hökuməti məlumat yayıb.
VGTRK televiziya kanalları qrupunun müxbirləri Yevgeni Poddubnı və Andrey Rudenko, "WarGonzo" youtube kanalının müəllifi, hərbi bloger Semyon Peqov və RT-nin hərbi şərhçisi Andrey Filatova mükafat verilib.
Peqova “xüsusi hərbi əməliyyatın işıqlandırılmasında göstərilən peşəkarlıq və cəsarətə görə” mükafatı təqdim edilib. Mükafatın məbləği 1 milyon rubl təşkil edir.
Ermənipərəst Peqov bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin tərəfindən təltif edilib.
Akif İsmayılov