Türkiyə parlamentinin spikeri Mustafa Şentop isveçli həmkarı Andreas Norlenin ölkəyə səfərini ləğv edib.
Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.
Qərar PKK terror qruplaşmasının yanvarın 11-də Stokholmda keçirdiyi mitinqlə əlaqədar qəbul edilib. Spikerin səfəri yanvarın 17-də baş tutmalı idi.
“NATO-ya üzv olmaq istəyən dövlətdə belə bir hücumun asanlıqla baş verməsi təhlükəli və çox ciddidir” - Şentop deyib.