Modern.az

Ukrayna və Rusiya ombudsmanları üçüncü dəfə görüşdü 

Ukrayna və Rusiya ombudsmanları üçüncü dəfə görüşdü 

13 Yanvar 2023, 00:40

Rusiya İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Tatyana Moskalkova Ankarada ukraynalı həmkarı Dmitri Lubinets ilə danışıqların üçüncü mərhələsini keçirib. 

 

Modern.az xəbər verir ki, bu barədə Moskalkova özünün "Telegram" kanalında məlumat yayıb.

 

Məlumata görə, tərəflər mülki şəxslərə qarşılıqlı yardım üzrə işlərə yekun vurublar.

 

Tatyana Moskalkova və Dmitri Lubinets bir gün əvvəl, yanvarın 11-də Türkiyədə iki dəfə görüşüblər. Rusiya ombudsmanı ilk görüşlərin nəticələri barədə bildirib ki, o, Ukrayna tərəfi ilə dialoqu davam etdirməyə hazırdır.

 

Onun sözlərinə görə, tərəflər itkin düşənlərin axtarışı və uşaqların ailələrinə qaytarılması ilə bağlı konkret nəticələr barədə razılığa gəliblər. 

 

Lubinets danışıqların əvvəlki iki raundunun nəticələrinə yekun vuraraq deyib ki, “heç bir irəliləyiş yoxdur, lakin ən azı texniki işlərə başlanılıb”.

 

Ukrayna ombudsmanı izah edib ki, tərəflər siyahı və məlumat mübadiləsi aparıblar. 

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?