Modern.az

Parlament Nazarbayevin statusunu LƏĞV ETDİ

Parlament Nazarbayevin statusunu LƏĞV ETDİ

Dünya

13 Yanvar 2023, 09:16

Qazaxıstanın qanunverici orqanında "Elbası" haqqında qanunun ləğv olunması məsələsinə baxılıb.

 

Modern.az "Kazinform"a istinadən xəbər verir ki, səsvermə nəticəsində qanun qüvvədən düşmüş hesab edilib.

 

Parlamentin hər iki palatasının birgə iclasında birinci və ikinci oxunuşdan sonra "Qazaxıstanın birinci prezidenti - Elbası" haqqında qanun ləğv olunub.

 

Qeyd edək ki, bundan əvvəl Konstitusiya Məhkəməsi qanunun ötən ilin iyununda keçirilən referendumdan sonra konstitusiyaya zidd olduğunu açıqlamışdı.

Bu xəbər ilə bağlı
“Elbası”nın hüquqi əsası yoxdur - Qanun ləğv edilir
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?