Türkiyədə narkotiklərlə mübarizə məqsədi daşıyan "Kökünü Qurutma Əməliyyatı"nın növbəti mərhələsi keçirilib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Məlumata görə, əməliyyat İstanbulda gerçəkləşdirilib. Bu çərçivədə 176 nəfər saxlanılıb. Həmçinin 32 kiloqram narkotik vasitə götürülüb, 84 325 ədəd həb aşkarlanaraq müsadirə olunub.
Bundan sonra da oxşar əməliyyatların keçiriləcəyi qeyd olunub.