Modern.az

Bu dəfə Cənubi Koreya şimalı nüvə ilə HƏDƏLƏDİ

Bu dəfə Cənubi Koreya şimalı nüvə ilə HƏDƏLƏDİ

13 Yanvar 2023, 09:40

Koreya Respublikasının (Cənubi Koreya) prezidenti Yun Suk Yeol ölkəsinin nüvə silahı əldə etməsi barədə açıqlama verib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki,  prezident bu barədə xarici işlər və müdafiə orqanlarının əməkdaşları ilə keçirdiyi toplantıda danışıb.

 

"Şimali Koreyanın nüvə təhdidləri artacağı təqdirdə biz də nüvə silahı əldə edə bilərik. Belə vəziyyət çox uzun çəkə bilməz", - deyə Y.S.Yeol bildirib.

 

Bu, Koreya yarımadasında gərginliyin artmasından bəri Cənubi Koreyanın ilk nüvə təhdidi olub.

 

Qeyd edək ki, 2022-ci il ərzində Şimali Koreya tərəfindən regionda 37 dəfə raket sınaqları həyata keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?