Modern.az

Ermənistan prezidenti Estoniyaya gedəcək

Ermənistan prezidenti Estoniyaya gedəcək

13 Yanvar 2023, 10:47

Ermənistan prezidenti Vahaqn Xaçaturyan Estoniyaya səfərə gedəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Baltic Times" məlumat yayıb.

 

Bildirilib ki, səfər gələn həftə baş tutacaq. 16 yanvar tarixinə planlaşdırılan səfər çərçivəsində Xaçaturyanın estoniyalı həmkarı Alar Karislə müzakirələr aparması nəzərdə tutulub.

 

İkitərəfli əlaqələr, həmçinin texnologiya və elektroenergetika sahəsində idarəetmə məsələrinin müzakirə olunacağı qeyd olunub.

 

Eləcə də əlavə olunub ki, Ermənistan prezidenti Estoniyada bu ölkənin prezidenti və parlament sədri ilə də görüşlər keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?