Macarıstanın baş naziri Viktor Orban Almaniyanı tənqid edib.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Orbanın tənqidi Rusiyaya qarşı sanksiyalarla bağlı olub.
"Almaniyanın siyasəti və Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin addımları məndə mədəni şok yaradıb. Alman praktikliyi haqqında mif dağıldı. Sanksiyalarla bağlı hesablamalar səhv aparılıb, onlar uğursuz olub", - deyə baş nazir söyləyib.
Qeyd edək ki, Macarıstan baş naziri Avropa məkanında Rusiyayönümlü olmaqda tənqid edilən siyasətçidir.